Ronaldo milli komanda ilə vidalaşır

11:59 - 25 İyul 2026

Kriştiano Ronaldo Portuqaliya milli komandasındakı karyerasını başa vurmağa hazırlaşır.

Sportal.az xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.

41 yaşlı hücumçu sentyabrda milli ilə vidalaşacaq. Portuqaliya yığması ayın 24-də UEFA Millətlər Liqası çərçivəsində doğma meydanda Uelslə üz-üzə gələcək. Qarşılaşma Ronaldonun akademiiyasında yetişdiyi  "Sportinq"in stadionunda baş tutacaq. Ulduz futbolçu bu oyundan sonra milli karyerasını başa vuracaq.

Qeyd edək ki, Kriştiano Ronaldo Portuqaliya seçməsinin heyətində 2003-cü ilin avqusunda debüt edib. Təcrübəli forvard bu müddət ərzində yığmanın heyətində meydana çıxdığı 233 rəsmi matçda 146 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti