"Yuventus"un hücumçusu Fransaya qayıdır

19:37 - 25 İyul 2026

"Yuventus"un hücumçusu Loi Openda Fransaya qayıdacaq.

Sportal.az xəbər verir ki, "Lion" belçikalı forvardın keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Liqa 1 klubu 26 yaşlı futbolçunu 3 milyon avro qarşılığında icarəyə götürəcək. Klublar arasındakı anlaşmada satınalma bəndi yer almayıb.

Qeyd edək ki, "Yuventus" Loi Opendanı 2025-ci ilin yayında "Leyptsiq"dən transfer edib. Belçika millisinin üzvü Turin təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 2 qol vurub. O, daha əvvəl Fransada "Lans"ın formasını geyinib.

Xəbər xətti