"Qarabağ"dan "Seltik"ə transfer olan Kamilo Duran yeni komandasının heyətində növbəti qolunu vurub.
Sportal.az xəbər verir ki, kolumbiyalı hücumçu bu gün "Milan"la keçirilən yoxlama oyununda fərqlənib. Duran 11-ci dəqiqədə qol vurub.
24 yaşlı forvard bundan əvvəl "Sportinq" və "Midlsbro" ilə hazırlıq matçlarında rəqib qapılarına yol tapmağı bacarmışdı.
Qeyd edək ki, Kamilo 5,5 milyon avro qarşılığında "Seltik"ə keçib. O, Şotlandiya klubu ilə 5 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi
