Dadaşovun komandasından uğursuz start

00:07 - 25 İyul 2026

Almaniyanın Şimal-Şərq Regional Liqasında yeni mövsüm start götürüb.

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun çıxış etdiyi "Dinamo"(Berlin) 1-ci turun oyununda səfərdə "Erfurt"a 1:4 hesabı ilə məğlub olub.

Dadaşov meydana 61-ci dəqiqədə daxil olub. Həmin vaxtadək oyundakı bütün qollar artıq vurulmuşdu və o, hesabın dəyişməsinə təsir göstərə bilməyib.

Beləliklə, Rüfət Dadaşovun komandası yeni mövsümə məğlubiyyətlə başlayıb.

Xəbər xətti