"Barselona" rəsmi olaraq təsdiqləyib ki, "Qamper Kuboku" uğrunda keçiriləcək oyunda onun rəqibi Misirin "Əl-Əhli" klubu olacaq.
Sportal.az xəbər verir ki, daha əvvəl tərəflərin bu görüşlə bağlı danışıqlar apardığı bildirilirdi. Bu müzakirələr 18 yaşlı hücumçu Hamza Karimin transferi çərçivəsində aparılıb və futbolçu sonda Kataloniya klubuna keçib.
Ənənəvi "Joan Qamper Kuboku" matçı 19 avqust tarixində, Bakı vaxtı ilə 22:00-da, "Camp Nou" stadionunda keçiriləcək. Bu, “Barselona”nın 2026/27 mövsümündə ilk ev oyunu olacaq və eyni zamanda komandanın azarkeşlərə rəsmi təqdimatı ilə üst-üstə düşəcək.
“Əl-Əhli” "Joan Qamper Kuboku"nda iştirak edən ilk Misir və ümumilikdə ilk Afrika klubu kimi tarixə düşəcək.
saytlarin hazirlanmasi
