Ötən həftə I Liqa təmsilçisi "Cəbrayıl"ın satıldığı, yeni rəhbərliyin komandanı Elman Sultanova tapşırdığı haqda məlumat yayılmışdı. Həqiqətən də 10 gün əvvəl hazırlığa başlayan bölgə təmsilçisini məhz o, məşqə çıxarmışdı. Ancaq "Cəbrayıl" növbəti dəfə "əl dəyişdirib".
Sportal.az xəbər verir ki, bununla bağlı Fanat.az-a maraqlı məlumat daxil olub.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, təsisçisi Cavid Hüseynov, prezidenti isə Şahin Məmmədov olan "Cəbrayıl"ın rəhbərliyi ilk təklifi geri çevirərək, klubu "Kəpəz"dən tanıdığımız İlqar Nadiriyə satıblar. Komanda Gəncəni təmsil edəcək və "Gəncəbasar" adlanacaq.
Məsələyə İlqar Nadirinin özü ilə aydınlıq gətirməyə çalışdıq: "Açığı, belə bir variant gündəmdədir. Amma hələ ortada rəsmi nəsə yoxdur. Gələn həftə dəqiqləşəcək. Bu üzdən detallarla bağlı ətraflı məlumat verə bilməyəcəyəm. Yaxşı olar ki, gələn həftə danışaq".
Göründüyü kimi, "Cəbrayıl"ın "Gəncəbasar" adı ilə çıxış etməsi masadadır.
Qeyde edək ki, "Cəbrayıl" I Liqada ötən mövsümü 8-ci yerdə başa vurub.
saytlarin hazirlanmasi
