"Mançester Siti" özbəkistanlı müdafiəçi ilə müqavilə imzaladı

14:48 - 25 İyul 2026

"Mançester Siti" müdafiəçi Abdukodir Xusanovun müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.

Özbəkistanlı futbolçu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, "Mançester Siti" Abdukodir Xusanovu 2025-ci ilin yanvarında "Lans"dan 40 milyon avroya transfer edib. 22 yaşlı mərkəz müdafiəçisi 2025/26 mövsümündə "şəhərlilər"in heyətində 37 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti