“Şahdağ Qusar” növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, I Liqada mübarizə aparan bölgə təmsilçisi anqolalı Jose Cristovao Zengo ilə anlaşıb. 21 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb.
Jose Cristovao ölkəsinin ən köklü klublarından sayılan “Petro Luanda”nın yetirməsidir. Messias ləqəbi ilə tanınan futbolçu daha sonra Portuqaliyanın “Vizela” və Xorvatiyanın “Kustosija” komandalarında forma geyinib.
saytlarin hazirlanmasi
