"Mançester Yunayted" və "Qalatasaray" istəyir, "Yuventus" rədd cavabı aldı

12:49 - 26 İyul 2026

“Mançester Yunayted” və “Yuventus” Kolumbiya milli komandası və "Bolonya"nın mərkəz müdafiəçisi Con Lucumi ilə maraqlanır.

Sportal.az “Corriere dello Sprot”a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “Qalatasaray”ın da transfer siyahısındadır. 

“Bolonya” Turin klubunun 18 milyon avroluq təklifinə rədd cavabı verib. "Qırmızı şeytanlar"ın "Bolonya" üçün daha sərfəli təklif verə biləcəyi bildirilir, lakin məbləğ açıqlanmayıb.

Lukumi 2026-cı il Dünya Kubokunda beş oyun keçirib. Kolumbiyalı ötən mövsüm klub səviyyəsində bütün yarışlarda 43 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib.

Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 22 milyon avrodur.
 

Xəbər xətti