Messi ötən il olduğu kimi MLS Ulduzlar Oyununda iştirak etməsə də...

22:29 - 25 İyul 2026

Lionel Messi ötən il MLS Ulduzlar Oyununu buraxdığı üçün bir oyunluq diskvalifikasiya almışdı.

Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, bu il vəziyyət fərqlidir. “İnter Mayami”nin hücumçusu yenidən MLS All-Star matçında iştirak etməyəcək, amma bu dəfə onun yoxluğu liqa ilə rəsmi şəkildə razılaşdırılıb və DÇ-2026-nın finalında çıxış etməsi ilə əlaqədar bərpa dövrü nəzərə alınıb.

MLS Ulduzlar Oyunu ilə Meksika Liqasının ulduzları arasında qarşılaşma 29 iyulda keçiriləcək.

MLS qaydalarına əsasən, sağlamlıqla bağlı əsaslı səbəb olmadan Ulduzlar Oyununda iştirakdan imtina edən hər bir futbolçu bir oyunluq diskvalifikasiya ilə üzləşə bilər. Messinin bu ilki yoxluğu isə liqa tərəfindən əsaslandırılmış hesab olunduğundan ona cəza tətbiq edilməyəcək.

Xəbər xətti