"Yuventus" PSJ-nin qapıçısı Lukas Şevalyeni transfer etmək imkanını nəzərdən keçirir. Lakin futbolçu karyerasını Paris təmsilçisində davam etdirmək istədiyini bildirib.
Sportal.az xəbər verir ki, Şevalye ötən ilin yayında "Lill"dən 50 milyon avro qarşılığında PSJ-yə transfer olunmuş və klubdakı ilk mövsümünü keçirmişdi.
Baş məşqçi Luis Enrikenin etimadını qazansa da, mövsümün gedişində o, əsas heyətdəki yerini Matvey Safonova uduzub. Safonov UEFA Çempionlar Liqasının həlledici mərhələlərində etibarlı çıxışı ilə fərqlənib.
Buna baxmayaraq, Şevalye mövsüm başa çatdıqdan sonra PSJ-də qalmaq və əsas qapıçı olmaq uğrunda mübarizəni davam etdirmək qərarına gəlib.
saytlarin hazirlanmasi
