Pirlonun İtaliya millisinə baş məşqçi təyinatı baş tutmayacaq? - ruslarla müqavilə başına bəla oldu

16:18 - 26 İyul 2026

Andrea Pirlonun İtaliya milli komandasının baş məşqçi postuna təyinatı baş tutmaya bilər.

Sportal.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Pirlonun bir müddət əvvəl Rusiya bukmeker şirkəti ilə müqavilə imzalaması səbəbindən təyinat təhlükə altındadır.
İtaliyanın sərt qumar reklamı qaydalarına görə, Pirlo İtaliya Futbol Federasiyası ilə müqavilə bağlamazdan əvvəl bukmeker şirkəti ilə müqaviləsini ləğv etməlidir.

Vəziyyət futbol meydanından kənara çıxıb. Bir neçə italyan siyasətçisi Pirlonun namizədliyini açıq şəkildə tənqid edərək, gələcək milli komanda məşqçisinin Rusiya şirkəti ilə əlaqələrini kəsməli və yeni ictimai rolu üçün məsuliyyəti öz üzərinə götürməli olduğunu iddia edib.

Təyinatın hələlik rəsmi təsdiqi yoxdur. Əvvəllər Xosep Qvardiola və Karlo Ançelotti bu təklifdən geri çəkildikdən sonra İtaliya Futbol Federasiyasının Pirlo ilə razılığa gəldiyi bildirilirdi, lakin federasiyanın özü vəziyyətlə bağlı şərh verməyib.

Xatırladaq ki, Pirlo 2006-cı ildə İtaliya ilə Dünya Kubokunu qazanıb və "Yuventus"un məşqçisi kimi İtaliya Kubokunu və İtaliya Super Kubokunu qazanıb.
 

Xəbər xətti