"Qarabağ"ın legioneri bu kluba keçməyəcək

15:38 - 26 İyul 2026

"Qarabağ"ın futbolçusu Mateus Silva APOEL-ə keçməyəcək.

Sportal.az saytına verilən məlumata görə, braziliyalı futbolçuya bir çox klublardan, həmçinin Cənubi Kipr nəhəngindən maraqlı olub.

Lakin braziliyalı futbolçu “Qarabağ”da qalmaq qərarı verib. Ona görə də, APOEL geri çəkilib.

Silvanın “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, 2023-cü ildə “Lokomotiv”dən (Plovdiv) “Qarabağ”a keçib.
 

Xəbər xətti