Braziliya millisinin üzvü "Arsenal"a keçir

14:35 - 26 İyul 2026

Braziliya millisinin üzvü Bruno Gimarayeş karyerasını London klubunda davam etdirə bilər.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, yarımmüdafiəçi “Nyukasl”dan ayrılaraq “Arsenal”a keçməyə hazırlaşır.

Hazırda tərəflər arasında danışıqlar gedir.

“Topçular” artıq braziliyalı ilə müqavilə şərtlərini razılaşdırıblar və "Nyukasl"ın 70 milyon funt sterlinqlik təklifi rədd etməsindən sonra qiymətləri artırmaq niyyətindədirlər.

28 yaşlı futbolçunun "Nyukasl"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti