Yeddi ildən sonra "Milan"ı tərk etməyə hazırlaşır

13:49 - 26 İyul 2026

Əlcəzair milli komandasının üzvü İsmael Bennaser "Milan"ı tərk etməyə hazırlaşır.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, yarımmüdafiəçisi Qətərdə oynamaq qərarına gəlib.

28 yaşlı futbolçunun "Əl-Qarafa"ya keçəcəyi gündəmdədir.

Bennaserin "Milan"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədər olsa da, klubdan azad agent kimi ayrılacaq.

Əlcəzairli “Arles”, “Tur”, “Empoli”, “Marsel”, “Dinamo”(Zaqreb) klublarında çıxış edib. O, 2019-cu ildən “Milan”ın formasını geyinirdi.

Xəbər xətti