"Arsenal" braziliyalı vingerə tarixinin ən yüksək maaşını təklif etməyə hazırlaşır

22:49 - 26 İyul 2026

"Arsenal" Vinísius Junioru klub tarixinin ən yüksək maaş alan futbolçusuna çevirməyə hazırdır.

Sportal.az xəbər verir ki, “topçular” braziliyalı vingerin 2027-ci ilin yayında başa çatacaq müqaviləsini "Real" ilə uzatmaması halında onun transferi variantını nəzərdən keçirəcəklər. Eyni zamanda, Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyo futbolçunun satılmasının əleyhinədir.

"The Telegraph" nəşrinin məlumatına görə, “Arsenal” Vinisiusa həftəlik 400 min funt-sterlinqdən çox (ildə təxminən 20,8 milyon funt-sterlinq) maaş ödəməyə hazırdır. Bu, klub tarixində imzalanacaq ən böyük maaşlı müqavilə olacaq. London klubu vingeri transfer etmək üçün yaranacaq istənilən imkanı dəyərləndirməyə hazırdır və sövdələşmənin maliyyə tərəfi onlar üçün problem yaratmayacaq.

Qeyd edək ki, Mesut Özil və Pierr-Emerik Aubameyang “Arsenal”da həftəlik 350 min funt-sterlinq qazanırdılar. Bukayo Saka isə yeni müqavilədən sonra həftəlik maaşını 365 min funt sterlinqə yüksəldib.

Xəbər xətti