"Paide"nin kapitanı: "Başa düşdük ki, "Zirə"ni məğlub edə bilərik"

20:48 - 26 İyul 2026

Estoniyanın “Payde” klubunun kapitanı Oskar Hoym Konfrans Liqasının təsnifat mərhələsinin ikinci turunun ilk oyununda Paarnuda “Zirə” üzərində qazanılmış 1:0 hesablı qələbəni şərh edib.

Sportal.az  “ERR” nəşrinə istinadən xəbər verir ki, estonların kapitanı cavab oyunu haqda ehtiyatlı danışıb:

"Biz başa düşdük ki, “Zirə”ni məğlub edə bilərik. Çox çalışdıq, yaxşı müdafiə olunduq, şanslarımızın olacağını bilirdik və nəhayət ki, onları əldə etdik. Hətta birdən çox qol vura bilərdik. İndi çox xoşbəxtik, amma iş hələ bitməyib. Gələn həftə Azərbaycanda oynayacağıq və eyni əhval-ruhiyyə ilə başlayacağıq. Əlbəttə ki, ilk oyun çətin keçdi. Düşünürəm ki, hamı nə qədər çalışdığımızı və qapımızı toxunulmaz saxlamaq üçün nə qədər əzmkar olduğumuzu gördü. Biz bunu bacardıq. Bu matçda göstərdiyimiz vacib məqam istək, zəhmət və müdafiədəki çıxışımız idi. Nəticələr də bununla gələcək".
 

Xəbər xətti