Azərbaycan klubu baş məşqçisi ilə yollarını ayırdı

12:16 - 27 İyul 2026

I Liqa təmsilçisi "Zaqatala" baş məşqçisi Rüstəm Məmmədovla yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məmmədovla başa çatan müqavilə yenilənməyib.

"Zaqatala" Məmmədovun rəhbərliyi altında I Liqada bir dəfə gümüş, bir dəfə bürünc medal qazanıb.

Xəbər xətti