"Qalatasaray"ın da gündəmində olan Leao "Fənərbaxça"ya keçməyə yaxındır - 40 milyon avroya

00:18 - 28 İyul 2026

Rafael Leaonun "Fənərbaxça"ya mümkün transferinin şərtləri məlum olub.

Sportal.az xəbər verir ki, türkiyəli jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, İstanbul klubu "Milan"ın vingerini 40 milyon avroya və ya daha aşağı məbləğə transfer etmək istəyir.

Bildirilir ki, “Fənərbaxça” bir müddətdir futbolçunun nümayəndələri ilə danışıqlar aparır. Növbəti mərhələdə isə klub mümkün transferin şərtlərini “Milan” rəhbərliyi ilə müzakirə edəcək. Leao ilə həmçinin "Fənərbaxça"nın əzəli rəqibi olan "Qalatasaray" klubu da yaxından maraqlanır.

Leau ötən mövsüm A Seriyasında keçirdiyi 29 oyunda 9 qol vurub.

Xəbər xətti