"Səbail" satıldıqdan sonra həm klubun icraçı direktoru Firuz Abdulla, həm də idman direktoru Zamiq Hüseynov bu klubdan ayrılıb. Köhnə komandadan yalnız mətbuat katibi Rəşad Məmmədov işini davam etdirir.
Uzun illər AFFA-da Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışan, daha sonra "Səbail"də icraçı direktor postunu tutan Firuz Abdullanın gələcək planlarıyla maraalandıq. Sportal.az saytına açıqlama verən Firuz bəy hal-hazırda "Səbail"lə bağlı işlərlə məşğul olduğunu dedi:
"Düzü, hələ ki sənədləşmə işləri ilə məşğulam. Klubun yeni himayədarlarının adına keçməsi üçün müəyyən hüquqi prosedurlar davam etdirilir. Bu işlər tam olaraq bitəndən sonra gələcək planlarımla bağlı düşünməyə başlayacağam".
saytlarin hazirlanmasi
