"Bornmut"un yarımmüdafiəçisi Aleks Skott Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" ingiltərəli oyunçunu transfer etmək istəyir. Bu barədə "Talksport" məlumat yayıb.
"Çelsi"nin 75 milyon avroluq ilk təklifi rədd edilib. London nəhəngi 22 yaşlı futbolçu üçün növbəti təklifi göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Bornmut" Aleks Skottu 2023-cü ilin yayında "Bristol Siti"dən 23 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü 2025/26 mövsümündə "albalılar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
