Avropa Liqasında "Qarabağ"ın rəqibi olan ÇSKA bu gün Bolqarıstan çempionatında növbəti görüşünü keçirəcək.
Sportal.az xəbər verir ki, Sofiya təmsilçisi "Botev"lə üz-üzə gələcək.
Xristo Yanevin rəhbərlik etdiyi kollektivin "Botev"ə qarşı görüşünə Bakı vaxtı ilə saat 22:15-də start veriləcək.
ÇSKA bir turdan sonra aktivində 1 xalı var və 11-ci pillədədir.
Qeyd edək ki, ÇSKA - "Qarabağ" görüşü iyulun 30-da Bolqarıstanda keçiriləcək.
saytlarin hazirlanmasi
