"Artıq İtaliya millisinin baş məşqçi postuna namizəd deyiləm" - Andrea Pirlo paylaşım etdi

12:37 - 27 İyul 2026

İtaliya millisinin keçmiş oyunçusu Andrea Pirlo artıq yığma komandanın baş məşqçisi vəzifəsinə namizəd olmadığını açıqlayıb.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, əvvəllər keçmiş yarımmüdafiəçinin boş qalan vəzifəyə əsas namizəd olduğu bildirilirdi. Lakin Rusiyanın mərc şirkəti ilə müqavilə imzalamasına görə danışıqlar dayanmışdı.

Daha əvvəl məşqçi mövqeyini aydınlaşdırmağa çalışarkən, Rusiya şirkəti ilə əməkdaşlığının siyasi deyil, kommersiya olduğunu bildirmişdi. Pirlo sosial şəbəkədə bununla bağlı paylaşım edib:

"Dünən axşam öyrəndim ki, artıq İtaliya milli komandasının baş məşqçi postuna namizəd deyiləm".

Xəbər xətti