İtaliya millisinin baş məşqçisi açıqlandı

18:12 - 28 İyul 2026

İtaliya milli komandasının yeni baş məşqçisi məlum olub.

Sportal.az xəbər verir ki, dördqat dünya çempionlarını Roberto Mançini çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

61 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Roberto Mançini 2018-2023-cü illərdə İtaliya yığmasının baş məşqçisi vəzifəsində çalışıb. Komanda onun rəhbərliyi altında Avropa çempionu olub.

Xəbər xətti