"Liverpul" fransalı vingerlə anlaşdı

18:58 - 28 İyul 2026

PSJ-nin futbolçusu Bredli Barkola karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" fransalı vingeri transfer etmək istəyir. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Mersisayd nəhəngi Barkola ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Liverpul" 23 yaşlı oyunçunun keçidi üçün Paris klubu ilə danışıqları davam etdirir.

Qeyd edək ki, PSJ Bredli Barkolanı 2023-cü ilin yayında "Lion"dan 45 milyon avroya transfer edib. Fransa millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti