"Zirə"dən ayrılan Anatoli Nuriyevin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi karyerasını Macarıstanda davam etdirəcək.
Nuriyev "Kişvarda" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yüksək liqa təmsilçisi 30 yaşlı futbolçu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.
Qeyd edək ki, Anatoli Nuriyev bu ilin yanvarında "Sabah"dan "Zirə"yə keçmişdi. Azərbaycan milli komandasının üzvü "qartallar"ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
