PSJ-dən 50 milyon avroluq transfer

16:58 - 31 İyul 2026

PSJ hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Liqa 1 nəhəngi "Monako"da çıxış edən Maqnes Akliuşun keçidini həll edib. Bu bbarədə "RMC Sport" məlumat yayıb.

PSJ fransalı vinger üçün onun klubuna 50 milyon avro təzminat ödəyəcək. 24 yaşlı futbolçu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Qeyd edək ki, Maqnes Akliuş 2017-ci ilin yayında "Monako"nun akademiyasına qoşulub. Fransa millisinin üzvü 2025/26 mövsümündə "knyazlıq" təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti