"Nyukasl"ın yarımüdafiəçisi Bruno Gimaraeş Premyer Liqasında klununu dəyişəcək.
Sportal.az xəbər verir ki, "Arsenal" braziliyalı oyunçunun keçidini həll edib. Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
İngiltərə çempionu 28 yaşlı futbolçu üçün onun klubuna 90 milyon avro və bonuslar ödəyəcək.
Qeyd edək ki, "Nyukasl" Bruno Gimaraeşi 2022-ci ilin yanvarında "Lion"dan 50 milyon avroya transfer edib. Braziliya millisinin üzvü 2025/26 mövsümündə "sağsağanlar"ın heyətində meydana çıxdığı 41 rəsmi matçda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
