Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Rakuv" Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında "Valletta" ilə üz-üzə gəlib.
Sportal.az xəbər verir ki, Emrelinin komandası 4:0 qələbə qazanıb.
Mahir Emreli oyuna 67-ci dəqiqədə, hesab 3:0 olarkən daxil olub.
İki oyunun nəticəsinə əsasən "Rakuv" rəqibini 7:1 ümumi hesabı ilə məğlub edərək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.
"Rakuv" növbəti mərhələdə "Hammarbü" ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi
