"Ayaks"ın futbolçusu Mika Qodts karyerasını Fransada davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, PSJ belçikalı vingeri transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Liqa 1 nəhəngi Qodtsla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. 21 yaşlı ön xətt oyunçusunun PSJ-yə keçidi 60 milyon avroya başa gələcək.
Qeyd edək ki, "Ayaks" Mika Qodtsu 2021-ci ilin yanvarında "Genk"dən 1 milyon avroya transfer edib. Belçika millisinin üzvü 2025/26 mövsümündə Amsterdam təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 17 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
