"Liverpul"un heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, müdafiəçi Co Qomes sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli futbolçu ABŞ-də təlim-məşq toplanışı zamanı "Sanderlend"lə matçda zədələnib və 8-ci dəqiqədə əvəzlənib. 29 yaşlı mərkəz müdafiəçisi əzələ zədəsi alıb. O bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.
"Liverpul" Premyer Liqada yeni mövsümə 23 avqustda keçiriləcək "Nyukasl"la oyunla başlayacaq.
Qeyd edək ki, Co Qomes 2025/26 mövsümündə "Liverpul"un heyətində meydana çıxdığı 33 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
