"Mən artıq bir sərhəd çəkməyə məcburam və hüquqi vasitələrdən istifadə edəcəyəm" - Mbappenin sevgilisi olduğu deyilən aktrisa

23:37 - 1 Avqust 2026

İspaniyalı aktrisa Ester Eksposito şəxsi həyatı və Kilian Mbappe ilə münasibətləri barədə yayılan saxta məlumatlarla bağlı açıqlama verib.

Sportal.az xəbər verir ki, yaz aylarında onların sevgili olduğu barədə xəbərlər yayılmışdı. Dünya çempionatı zamanı və turnirdən sonra isə sosial şəbəkələrdə cütlüklə bağlı saxta paylaşımlar və süni intellekt vasitəsilə hazırlanmış görüntülər geniş yayılmağa başlayıb. Xüsusilə, Mbappenin guya başqa bir qadınla birlikdə olduğunu əks etdirən AI-generated şəkillər böyük rezonans doğurub.

“Son aylarda, xüsusilə də son günlərdə sosial şəbəkələrdə mənim və şəxsi həyatım barədə reallıqla heç bir əlaqəsi olmayan yalan və böhtan xarakterli paylaşımlar yayılır.

Bunlar yalnız iki insanın hekayəsini ləkələmək və mənim ləyaqətimə xələl gətirmək məqsədi ilə hazırlanmış absurd saxtakarlıqlardır.

Hər şeyə icazə verilmir. Bu dəfə bir sərhəd çəkməyə və bunun arxasında duran şəxslərə qarşı hüquqi vasitələrdən istifadə etməyə məcburam”, – deyə Eksposito bildirib.

Xəbər xətti