PSJ Fransa millisinin yarımmüdafiəçisini transfer edir - 50 milyon avroya

13:59 - 1 Avqust 2026

PSJ "Monako"nun yarımmüdafiəçisi Maqn Akliuşu 50 milyon avroya almağa yaxındır,

Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

Klublar 24 yaşlı Fransa millisinin oyunçusunun transferini 2 gün əvvəl razılaşdırmışdı, indi isə Akliuşun tərəfi ilə də son razılıq əldə olunub.  
Futbolçu gələn həftə tibbi müayinədən keçəcək və PSJ ilə 2031-ci ilin iyun ayına qədər müqavilə imzalayacaq.

Akliuş ötən mövsüm Liqa 1-də 31 matçda 6 qol və 6 məhsuldar ötürmə edib.

Xəbər xətti