"Çelsi" Argentina millisinin və "Strabsurq"un yarımmüdafiəçisi Valentin Barkonun transferini rəsmən açıqlayıb.
Sportal.az xəbər verir ki, transferin maliyyə detalları açıqlanmasa da, 22 yaşlı futbolçu London klubu ilə 2033-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, “Çelsi” və “Strasburq” eyni sahibə – "BlueCo" konsorsiumuna məxsusdur.
Barko ötən mövsüm Liqa 1-də “Strasburq”un heyətində 27 oyuna çıxıb, 2 qol vurub.
saytlarin hazirlanmasi
