"Sabahın Ulduzları" turnirində bu gün U-15 Liqasında I turun daha 3 matçı keçiriləcək.
Sportal.az xəbər verir ki, "Zəngəzur" "Marafon"la üz-üzə gələcək.
“Qəbələ” “Dinamo”, EFA isə “Zirə” ilə qarşılaşacaq.
Bütün görüşlər “Youtube”dan canlı yayımlanacaq.
“Sabahın Ulduzları” turnirinə dünən start verilib.
“Sabahın Ulduzları”
U-15 Liqası, I tur
16:00 Zəngəzur – Marafon
18:00 Dinamo – Qəbələ
20:00 EFA – Zirə
