"AZ Alkmaar" Niderland Superkubokunun qalibi olub.
Sportal.az xəbər verir ki, Superkubok uğrunda keçirilən görüşdə PSV (Eyndhoven) üzərində 4:0 hesablı inamlı qələbə qazanıb.
Ötən mövsüm PSV Eredivizienin çempionu olmuşdu, "AZ Alkmaar" isə ölkə kubokunu qazanaraq Superkubokda iştirak hüququ əldə etmişdi.
PSV artıq 9-cu dəqiqədə Joey Veermanın qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. "AZ Alkmaar" isə say üstünlüyündən maksimum yararlanaraq 66-cı dəqiqəyədək dörd cavabsız qol vurub.
Bu qələbə ilə "AZ Alkmaar" tarixində ikinci dəfə Niderland Superkubokunun sahibi olub. Klub ilk dəfə bu titulu 2009-cu ildə qazanmışdı.
saytlarin hazirlanmasi
