Azərbaycan yığması islandlara uduzdu, çempionatı 16-cı pillədə başa vurdu

16:47 - 2 Avqust 2026

Azərbaycanın U-18 basketbol yığması Avropa çempionatının B divizionunda son oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində təşkil edilmiş turnirdə yığmamız 15-16-cı yerlər uğrunda görüşdə İslandiya millisi ilə qarşılaşıb.

Görüş islandların 91:73 hesablı qalibiyyəti ilə başa çatıb.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 22 komanda arasında 16-cı pillədə başa vurub.

Xəbər xətti