PSJ "Parma"nın və Yaponiya millisinin qapıçısı Zion Suzukinin transferi ilə bağlı rəsmi müraciət edib.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, Paris təmsilçisi 23 yaşlı qolkiper üçün 33 milyon avro ödəməyə hazırdır. “Parma” bu təklifi qənaətbəxş hesab edir və hazırda PSJ transfer yarışında "Yuventus"u qabaqlayır. Turin klubu hələlik rəsmi addım atmayıb.
Bildirilib ki, Fransa çempionu artıq Suzukiyə klubdakı layihəsini təqdim edib. Onun komandadakı rolu isə Lukas Şavalyerin gələcək taleyindən asılı olacaq.
saytlarin hazirlanmasi
