"Sabah"dan "Bazel"ə transfer olan Aaron Maluda yeni klubunun heyətində artıq debüt edib.
Sportal.az xəbər verir ki, fransız vinger İsveçrə çempionatının 2-ci turunda "Lozanna"ya qarşı görüşündə oynayıb.
O, 67-ci dəqiqədə meydana çıxıb. "Bazel" evdə rəqibinə 0:1 uduzub.
Qeyd edək ki, Maluda ötən həftə 3 milyon avro qarşılığında "Sabah"dan "Bazel"ə keçmişdi.
saytlarin hazirlanmasi
