"Arsenal" braziliyalı hücumçu üçün 100 milyon avro ödəməyə hazırdır

17:51 - 3 Avqust 2026

"Çelsi"nin hücumçusu Joao Pedro İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Arsenal" braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Globo" nəşri məlumat yayıb.

İngiltərə çempionu 24 yaşlı forvard üçün onun klubuna 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Çelsi" Joao Pedronu 2025-ci ilin yayında "Brayton"dan 63,7 milyon avroya transfer edib. Braziliya millisinin üzvü 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti