Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atıldı

14:35 - 3 Avqust 2026

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqası pley-off mərhələsinin püşkatması keçirilib.

Sportal.az xəbər verir ki, Türkiyənin "Fənərbaxça" klubu "Şturm" səddini keçə bilsə, "Sparta" (Çexiya) / Lion (Fransa) cütün qalibi ilə üz-üzə gələcək.

​Çempionlar Liqasında pley-of cütlükləri:

"​Levski" (Bolqarıstan) / "Kayrat" (Qazaxıstan) – AEK (Yunanıstan)
"​Seltik" (Şotlandiya) – LASK (Avstriya)
"​Dinamo" (Xorvatiya) / "Jalgiris" (Litva) – "Vikinq" (Norveç)
"​Myölbyü" (İsveç) / "Slovan" (Slovakiya) – "Ararat" (Ermənistan) / "Selye" (Sloveniya)
"​Hapoel Beer-Şeva" (İsrail) / "Srvena Zvezda" (Serbiya) – "Orhus" (Danimarka) / "Sabah" (Azərbaycan)
"​Fənərbağça" (Türkiyə) / "Şturm" (Avstriya) – "Sparta" (Çexiya) / "Lion" (Fransa)
"​Olimpiakos" (Yunanıstan) / NEC (Niderland) – "Union" (Belçika) / "Budö-Qlimt" (Norveç)

Qeyd edək ki, pley-of oyunları avqustun 18–19-da və 25–26-da keçiriləcək. İki oyunun nəticələrinə əsasən yeddi komanda Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək, məğlub olanlar isə mübarizəni Avropa Liqasının əsas mərhələsində davam etdirəcəklər.

Xəbər xətti