"Fənərbaxça"nın futbolçusu La Liqa klubunun hədəfində

11:55 - 3 Avqust 2026

"Fənərbaxça"nın futbolçusu Entoni Musaba karyerasını İspaniya La liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Deportivo" niderlandlı vingeri transfer etmək istəyir. Bu barədə "ABC Deportes" nəşri məlumat yayıb.

La Karunya təmsilçisi yaxın vaxtlarda 23 yaşlı oyunçu üçün Türkiyə klubu ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, "Fənərbaxça" Entoni Musabanı bu ilin yanvarında "Samsunspor"dan 5 milyon avroya transfer edib. Niderland U-21 millisinin sabiq üzvü İstanbul nəhənginin heyətində meydana çıxdığı 24 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti