Azərbaycanda oynamış daha bir legioner Ermənistan klubunda - FOTOLAR

14:35 - 4 Avqust 2026

“Araz-Naxçıvan”ın sabiq legioneri Bernardo Oliveyra Ermənistanda oynayacaq.

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu Ermənistanın “Ararat Armenia” klubuna keçib. 

O, Çempionlar Lqiasında çıxış edən klubla 1 illik müqavilə imzalayıb.

Ermənistan klubu onu artıq ictimaiyyətə təqdim edib.

Portuqaliyalı 2024/2025 mövsümün "Araz-Naxçıvan"da keçirib. Son mövsümdə isə Benni Anqolanın "Petro Luanda" klubunda oynayıb.

Qeyd edək ki, bu yay ötən mövsüm liqamızda oynamış Domi Massumo, Sezar Enrike, Vladislav Yeremeyev də Ermənistan klubları ilə anlaşıblar. 

Mirbağırağa
 

Xəbər xətti