"Neftçi"nin "Dinamo"nu keçə bilməməsinə görə şəxsən mən şokdayam. "Dinamo"nun "Sileks"ə qarşı oyununa baxmışdım. İlk oyundan sonra demişdim ki, "Neftçi" - "Sileks" görüşünü izləmək üçün Bakıya gələcəm. Amma "Dinamo" penalti seriyasında "Sileks"i məğlub etdi. Bu oyunlara baxdıqdan sonra "Neftçi"nin "Dinamo"nu asanlıqla keçəcəyinə əmin idim. Hətta hansı komandanın qalib gələcəyi mövzusu haqda danışmaq da istəmirdim".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Neftçi"nin veteran futbolçusu Slavko Georgiyevski deyib.
Şimali makedoniyalı məşqçi "ağ-qaralar"ın avrokuboklarda uğursuz olmasına münasibət bildirib:
"Problemi baş məşqçi və idman direktoru bilməlidir. Çünki komandanı onlar qurub, ötən yarım mövsüm yaxşı keçmişdi, hazırlaşmaq üçün də vaxt var idi. "Dinamo" heyətində öz, gənc oyunçularına sahibdir. Bundan sonra nə demək lazımdır? Büdcə? Yoxsa, oyunçu seçimi? Xeyr, heç biri. Bəhanə ola bilməz, sadəcə cavab olmalıdır. 2:0 qalib gəldikləri vaxtda sonda 2:4 uduzmaq? Ciddi komandalar bu cür etmir. Onlar analiz etməli idi və "Dinamo"nun "Sileks"i səfərdə məğlub etdiyinə baxmalıydılar. Bu oyuna kim baxmışdı, necə baxmışdı, kim görmüşdü bu səhvləri? Cavab dərhal verilməlidir. "Neftçi"də bu cür hallar baş verməməlidir".
Georgiyevski "Neftçi"nin 90 illiyində hansı nəticə qazana biləcəyi haqda danışıb: "Neftçi"dən 90 illiyində gözləntilər? Digər komandaların gözləntiləri yoxdur? "Neftçi"nin 90 illiyi? Bilirsiz, çox komandanın bu cür yaşı yoxdur heç. "Neftçi"nin 90 yaşı var, amma necə başladılar mövsümə? Görürsüz, suallar nə qədərdir. Deyirlər ki, dənizdə sən olduğun yerdə qan varsa, akula dərhal ora yaxınlaşır və səni yeyir. İnanın, digər komandalar hazırda "Neftçi"yə bu cür baxır.
Yenə də heyətdə yeni dəyişikliklər olmalıdır? Yenə də transferlər? Bəs, uzun müddətli strategiya nə oldu? Yox idi, olmamışdı. Başa düşə bilmirəm ki, "Neftçi"nin öz səviyyəsinə geri qayıtması üçün daha nə qədər söz-söhbət lazımdır axı. Baş məşqçini dəyişirlər, futbolçuları dəyişirlər, büdcə yüksəlir, bəs nəticə? Görün neçə il keçdi, amma "Neftçi"də yaxşı heç nə olmadı. Çox təəssüf".
Mirbağırağa
