Avropa Liqası: Azərbaycanlı futbolçunun komandası səfərdə uduzdu - VİDEO

10:34 - 5 Avqust 2026

Azərbaycanlı futbolçu Zamiq Əliyevin də formasını geyindiyi “Eqnatiya” Avropa Liqasında 3-cü təsnifat mərhələsində “Şemrok Rovers” qarşısına çıxıb.

Sportal.az xəbər verir ki, İrlandiyada baş tutan ilk görüşdə ev sahibi 3:1 qalib gəlib.

Zamiq bu matçda meydana start heyətində çıxıb və 69-cu dəqiqədə əvəzlənib. 

Cavab görüşü 1 həftədən sonra Albaniyada keçiriləcək.

“Şemrok Rovers” – “Eqnatiya” 3:1
Qollar
: Bure 29(p), Lopes 55, Qrin 57 – Xayme 41

Xəbər xətti