Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi moldovalı yarımmüdafiəçi Viktor Stinanın keçidini rəsmiləşdirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Son olaraq Moldovanın “Zimbru” klubunun formasını geyinən Viktor Stina ölkəsinin milli komandasında da çıxış edib. O, Moldova millisinin heyətində keçirdiyi 30 oyunda 4 qola imza atıb.
saytlarin hazirlanmasi
