"Atletiko"nun futbolçusu "Barselona"ya keçmək üçün rəhbərliyə təzyiq göstərməyə hazırdır

00:01 - 6 Avqust 2026

Xulian Alvarez "Barselona"ya transfer olmaq üçün səylərini davam etdirməyə hazırlaşır.

Sportal.az "Diario Sport"a istinadən xəbər verir ki, hücumçu və onun nümayəndələri “Barselona”nın idman direktoru Deko ilə son görüşdə vəziyyəti gərginləşdirməyə və "Atlétiko" üzərində təzyiq yaratmağa hazır olduqlarını bildiriblər.

Qeyd edilir ki, bu, spontan qərar deyil, son həftələr ərzində razılaşdırılmış strategiyanın növbəti mərhələsidir. Buna səbəb Madrid klubunun transferlə bağlı hər hansı danışıqlardan qəti şəkildə imtina etməsidir.

Bununla belə, Alvares hazırkı klubu ilə münasibətləri korlamaq və ya qeyri-peşəkar davranmaq niyyətində deyil. O, “Atletiko”nun bazasına qayıtdıqdan sonra klub rəhbərliyinə şəxsi söhbət zamanı hələ də “Barselona”ya keçmək istədiyini bildirəcək. Bu, ictimai açıqlamalar və ya nümayişkaranə addımlar olmadan ediləcək. Futbolçunun məqsədi qalmaqal yaratmaq yox, Madrid klubunu danışıqlar masasına əyləşdirməkdir.

Əgər “Atletiko” transferi müzakirə etməyə razılaşsa, “Barselona” təklifini artırmağa hazırdır. Hazırda Kataloniya klubunun təklifi 100 milyon avro təşkil edir və bu məbləğin argentinalı hücumçunun transferi üçün son cəhd olacağı bildirilir.

Xəbər xətti