"Mançester Yunayted" türkiyəli qapıçını icarəyə verdi

14:30 - 7 Avqust 2026

"Mançester Yunayted" qapıçı Altay Bayındırı icarəyə verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi türkiyəli futbolçunu İspaniyaya göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qırmızı şeytanlar" Bayındırı "Selta"ya icarəyə veriblər. 28 yaşlı qolkiper 2026/27 mövsümünün sonuna qədər La Liqa təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, Altay Bayındır ötən mövsüm "Mançester Yunayted"in heyətində 6 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti