İtaliya milli komandasının sabiq qapıçısı Marko Amelia baş məşqçi kimi fəaliyyət göstərəcək.
Sportal.az xəbər verir ki, 44 yaşlı mütəxəssis "Hamrun Spartans"ı çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun yeni komandanın sükanı arxasında debütü avqustun 14-də, yeni Malta çempionatında yeni mövsümün başladığı vaxtda baş tutacaq.
Qeyd edək ki, Marko Amelia futbolçu karyerası ərzində "Livorno", "Leççe", "Parma", "Palermo", "Cenoa", "Milan", "Çelsi", "Perucca" və "Viçentsa" klublarının formasını geyinib. O, 2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olub.
saytlarin hazirlanmasi
