"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı

00:07 - 19 Sentyabr 2026

“Qarabağ” klubunun bir sıra legionerləri milli komandalarına dəvət alıblar.

Sportal.az xəbər verir ki, daha əvvəl dəvəti açıqlanan Bens Verkonidən (Macarıstan) başqa, Marko Yankoviç (Monteneqro), Martin Zlomişliç (Bosniya və Herseqovina), Renaldo Sefas (Yamayka) və Bruno Lanqa (Mozambik) də milli komandalarına çağırılıblar.

Həmçinin komandanın futbolçuları Bədavi Hüseynov və Musa Qurbanlı Azərbaycan millisinin düşərgəsinə dəvət alıblar. Gənc futbolçulardan Hikmət Cəbrayılzadə U-21, Əli Bəşirov isə U-19 millisinə dəvət alıb.

Xəbər xətti